8.05.2016

Torpaqlama nədir?

Gərginlik altında olmayan təsisat hissələrinin uyğun ötürücülərlə torpağa basdırılmış elektroda bağlanmasıdır. Torpaqlamadan sonra cihazlarda, şəbəkələrdə olan elektrik sızmaları və statik elektrik bu vasitə ilə torpağa axacaqdır. Beləliklə canlılar və cihazlar üçün təhlükəsiz bir mühit yaradılmış olacaqdır. Demək olar ki bütün elektrik cihazlarında torpaqlama üçün yer vardır. Torpaqlamanın bir neçə üsulu mövcuddur; Qoruyucu torpaqlama, şimşək torpaqlama və s.
Qoruyucu torpaqlama.
İnsanları və canlıları qorumaq üçün cihazların gərginlik altında olmayan metal hissələrini torpaqlamaq lazımdır. Bunlara məişətdə istifadə olunan texnikalar, fabriklərdə istifadə olunan motorlu elektrik cihazları, dəzgahlar, ərazini bağlayan metal çəpərlər və s. aid etmək olar. Bu məqsədlə son dövrlərdə torpaqlama sistemlərindən və qoruyucu relelərdən istifadə olunur. Məsəl üçün bu şəkilə fikir verin. Burada torpaqlama sistemindən və qoruyucu reledən istifadə olunmuşdur. Ona görə də elektrik vurma təhlükəsi 0-a salınmışdır.

10.05.2015

Haqqımızda

Bakı qaz və elektrik peçlərinin təmirbürosu
1999-2011 ci ilədək sabunçu yarmarkasına
yaxın ərazidə yerləşən sexdə əsasən sabunçu rayonu üzrə fəaliyyət göstərib.
2014-ci ildən etibarən internet üzərindən
sifariş qəbul edərək cihazların yerində təmirni
həyata keçirir.
İş vaxtı şənbə,bazar günləri tam,digər günlər saat 18:00-22:00 kimi.

7.06.2014

Qaz nizamlayıcıları (reduktor) haqqında

     <b>Qaz nizamlayıcı nədir?</b>
Qısa olaraq qaz nizamlayıcı qazla işləyən cihazlara qazın lazımı təziqdə verilməsini təmin edir.
Qaz nizamlayıcıları həm təbii həmdə maye qaz üçün olur.
Təbii qaz nizamlayıcıları qaz xəttdinə qoşulur müəyyən olunmuş yerindən tənzimlənərək qaz peçində yanan alovu normal yanmasını təmin edir.
Maye qaz nizamlayıcıları qaz balonlarına qoşulur və iki növdən ibarətdir,
klapanlı və klapansız
Klapanlı qaz nizamlayıcıları iki cür olur həm sabit həmdə tənzimlənərək.
Klapanlı maye qaz nizamlayıcıları işçi kranı yayla olan qaz cihazlarında istifədə olunur.
İşçi kranı yayla olan cihazlara klapansız nizamlayıcı qoşulduğda qaz cihazında sızma partlayış baş verə bilər.
Klapansız qaz nizamlayıcıları işçi kranı yivlə (yiv-rezba)açılıb bağlanan
Cihazlarda misal olaraq dönər aparatı,restaranlarda istifadə olunan iri həcimli peçlərdə istifadə olunur,